Samarada evin damını qardan təmizləyən fəhlə ölüb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, 31 yaşlı kişi damdan yıxılıb.
Zərbə o qədər güclü olub ki, onun başı qopub. Hadisə yerinə polis gəlib və araşdırma başlanılıb.
Məlum olub ki, mərhum evin çardağında birgə işləmək üçün digər fəhləni gözləyib. Yıxılması isə təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.