Qadınlar Jerar Depardyeyə qarşı - Məhkəmə önündə aksiya keçirildi
29 oktyabr 2024 05:52 (UTC +04:00)

Qadınlar Jerar Depardyeyə qarşı - Məhkəmə önündə aksiya keçirildi

Məşhur fransız aktyor Jerar Depardyenin məhkəmə işi ilə bağlı dinləmələr 2025-ci ilin mart ayına qədər təxirə salınıb.

Lent.az xəbər verir ki, aktyor bazar ertəsi, oktyabrın 28-də Parisdə məhkəmə qarşısına çıxmalı idi, lakin həkimlərin qadağası səbəbilə o məhkəmədə iştirak etməyib.

Fransız kino ulduzu 2021-ci ildə "Yaşıl Panjurlar" filminin çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıq və cinsi istismarda ittiham olunur.

Qeyd edək ki, məşhur aktyor iki qadına təcavüz etməkdə ittiham olunaraq Paris məhkəməsinə çağırılıb. Zərər çəkdiyi iddia edilən şəxslərin dediyinə görə, aktyor onlara qarşı seksist ifadələr işlədib, onları çimdikləyib və intim yerlərdə onlara toxunub.

İclas başlamazdan əvvəl onlarla qadın məhkəmə binası qarşısında toplaşaraq ədalət tələb etsə də, ən azından bu gün istədiklərini ala bilməyiblər. Depardye səhhətində yaranan problemlərə görə məhkəməyə gəlməyib.

"Jerard Depardye çox əsəbidir və təəssüf ki, həkimlər onun məhkəməyə gəlməsinə qadağa qoyublar", - deyə aktyorun vəkili Ceremi Assi bildirib.

Ekspertlər bildirir ki, Fransa qanunlarına görə, vətəndaş cinsi zorakılığa görə 15 ilə qədər həbs cəzası ala bilər. Amma Jerar Depardye məsələsində bu müddət bir neçə dəfə az ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar