Belçika vətəndaşı Zara Ruterford qadınlar arasında yeni dünya rekorduna imza atıb.
Lent.az-ın xəbərinə görə, 19 yaşlı qadın təyyarə ilə təkbaşına dünya səyahətinə çıxıb. O, 52 min km yol qət etdikdən sonra Belçikaya enib.
2020-ci ildə aviator diplomu alan Zaranın səyahəti 5 ay davam edib. O, avqustun 19-da ULM markalı kiçik təyyarə ilə əvvəlcə Britaniyaya, oradan da Kanadaya uçub. Zara oradan Cənubi Amerikaya, ardınca da Asiya və Rusiyaya keçib. Sonuncu ölkədən isə birbaşa vətəni Belçikaya uçub.
Səyahət zamanı Zara 52 ölkədən keçib. Əlverişsiz havaya görə, səfər vaxtından 2 ay uzun çəkib.
İndi Zara Ruterford qadınlar arasında təyyarə ilə təkbaşına dünya səyahətinə çıxmış ən gənc pilot hesab edilir.