Fransada qadın polis Dünkerk şəhər polis idarəsində sinəsinə tabel silahından atəş açıb.
Lent.az xəbər verir ki, hadisə səhər tezdən paltardəyişmə otağında baş verib. Qadın ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Məlum olub ki, gənc qadın ötən gün polis həmkarlar təşkilatına məktub yazaraq rəislər tərəfindən qısnamaya məruz qaldığını bildirib.
Faktla bağlı təhqiqat başlayıb. Polis hadisəni şərh etmir.