Qəribə əhvalat ABŞ-ın Alabama ştatında qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, 22 yaşlı gənc öz sevgilisi ilə dağlıq əraziyə istirahətə gedərkən avtomobili xarab olmuş qadın onlardan kömək istəyib. Gənclər qadının avtomobilini işə salmaq istəsələr də buna nail olmayıblar. Qadın isə... onları qarət etmək istəyib.
Belə ki, qadın silahını çıxararaq onlardan yerə yatmağı tələb etsə də, gənc oğlan daha çevik davranıb. O, öz tapançasından atəş açaraq qadını yaralayıb. Lakin atışma vaxtı gənc oğlan da kürəyindən yara alıb. Sevgilisi süni nəfəslə ona yardım edib.
Hər 2 yaralı xəstəxanaya yerləşdirilib, yaşlı qaına qarşı soyğunçuluq ittihamı irəli sürülüb.