Vladimir Putinin sədri olduğu “Vahid Rusiya” partiyasının Çuvaşiyadan olan keçmiş deputatı Vladimir Dmitriyev Ukraynada müharibədə həlak olub.
Lent.az xarici Ukrayna mediasına istinadla bildirir ki, o, əvvəlcə humanitar yardım toplamaqla məşğul olub. Lakin sonradan Dmitriyev könüllü kimi Ukraynaya qarşı müharibəyə gedib.
Onun döyüş meydanında öldürülmədiyi qeyd edilir. Eks-deputat yüngül xəsarətlə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.