Putinin işdən çıxardığı general SAXLANILDI
13 iyul 2022 17:58 (UTC +04:00)

Putinin işdən çıxardığı general SAXLANILDI

0

Rusiyada Fövqəladə Hallar Nazirliyinin generalı saxlanılıb.

Lent.az yerli mediaya istinadən bildirir ki, general-leytenant Andrey Quroviçi Federal Təhlükəsizlik Xidmətininvə Rusiya İstintaq Komitəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində Moskvada tutublar. Əməliyyatçılar Quroviçin və onunla əlaqəli şəxslərin mənzillərində, eləcə də nazirlik və idarələrin bölmələrində axtarışlar aparıblar.

Yaxın vaxtlarda Basmannı rayon məhkəməsi təqsirləndirilən şəxsin həbsi ilə bağlı istintaqın vəsatətinə baxacaq. Quroviç Rusiyanın general-leytenant rütbəsinə uyğun gələn 2-ci dərəcəli həqiqi dövlət müşaviridir.

Qeyd edək ki, A. Quroviç bir müddət əvvəl prezident Vladimir Putinin əmrilə vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2029

Oxşar yazılar