Putinin həbsi  Rusiya ilə müharibəyə   səbəb olacaq - İDDİA
19 iyul 2023 11:41 (UTC +04:00)

Putinin həbsi Rusiya ilə müharibəyə səbəb olacaq - İDDİA

Cənubi Afrika Respulikasının (CAR) lideri Siril Ramafosa əmindir ki, Rusiya prezidenti Vladimir Putinin həbsi, əgər o, avqustda keçiriləcək BRİKS sammiti üçün Cənubi Afrikaya gəlsə, Rusiya tərəfinə müharibə elan etməyə bərabər olacaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, CAR-ın ən böyük müxalifət partiyası olan Demokratik Alyans” Qautenq əyalətinin Ali Məhkəməsində iddia qaldıraraq, ölkə hakimiyyətindən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putinin həbsi ilə bağlı qərarına əməl etməyi tələb edib. CAR Beynəlxalq Cinayət Məcəlləsinin əsas sənədini, Roma Əsasnaməsini ratifikasiya edib və onun tələblərinə əməl etməlidir.

“Demokratik Alyans”ın tələblərinə cavab verən Ramafosa bəyan edib ki, “Prezident Putini həbs etməklə Rusiyaya müharibə elan etmək üçün hökumətə verilən səlahiyyətlərdən ehtiyatsızlıq, konstitusiyaya zidd və qeyri-qanuni istifadə etmək olar”. 

“Bu cür hərəkətlər Cənubi Afrikanın Konstitusiyasına ziddir, bundan əlavə, prezidentin milli suverenliyini, ölkəsinin sülh və təhlükəsizliyini və insanların hüquqlarını qorumaq öhdəliyi var”, - Ramafosa vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar