Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə Milad bayramında Xüsusi Hərbi Əməliyyat (SVO) zonasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
Lent.az bildirir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.
Atəşkəs yanvarın 6-sı 12:00-dan yanvarın 7-si 24:00-dək (Moskva vaxtı ilə) qüvvədə olacaq. Qeyd olunur ki, belə bir qərar Patriarx Kirilin müvafiq müraciətindən sonra verilib.