Putindən Avropaya TÖVSİYƏ: “Davayte jit drujno”
14 iyun 2024 15:13 (UTC +04:00)

Putindən Avropaya TÖVSİYƏ: “Davayte jit drujno”

Avropa qlobal inkişafın mərkəzlərindən biri olaraq qalmaq istəyirsə, Rusiya ilə yaxşı münasibətlərə ehtiyacı var. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu prezident Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib.

“Avropa özünü dünya inkişafının müstəqil mərkəzlərindən biri kimi, planetin mədəni və sivilizasiya qütblərindən biri kimi saxlamaq istəyirsə, şübhəsiz ki, Rusiya ilə yaxşı, mehriban münasibətlərdə olmalıdır”, - dövlət başçısı qeyd edib.

"Və ən əsası, biz buna hazırıq", - Putin əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar