Rusiyanın Primorye vilayətində daşqın səbəbindən psixiatriya dispanseri və xəstəxananı su basıb.
Lent.az xəbər verir ki, bu barədə regionun qubernatoru Oleq Kojemyako Telegram kanalında bildirib.
"Biz Oktyabr rayonu Pokrovkada işləyirik. Gecə saatlarında rayon mərkəzində su qalxıb. Psixiatriya dispanserini və xəstəxananı su basıb, lakin insanların həyatı üçün təhlükə yoxdur. Xəstəxana təxliyə edilənləri yerləşdirməyə başlayıb", - Kojemyako yazıb.