Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası olub.
Lent.az TASS-a istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətində olub.
Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. məlumat verib.
“Dodge” markalı avtomobili idarə edən 1986-cı il təvəllüdlü qadın naməlum səbəbdən idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və orada “Renault Logan” markalı avtomobillə toqquşub.
Mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində “Renault” markalı minik avtomobilinin sərnişini ölüb, sürücü və digər iki sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.