ABŞ-nın Minnesota ştatının Hamline Universitetinin incəsənət professoru müsəlman tələbələrin şikayətindən sonra işdən çıxarılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, İslam incəsənəti dərsi zamanı müəllim onlara Məhəmməd peyğəmbərin tarixi şəkillərini göstərib və bu, tələbələrin qəzəbinə səbəb olub.
Bir çox müsəlman Məhəmmədin təsvirini təhqir kimi qiymətləndirib.
Müsəlman Tələbələr Birliyinin prezidenti Aram Vidatalla hadisənin ertəsi gün universitet rəhbərliyinə məlumat verib. O, professorun hərəkətlərində müsəlmanlara qarşı ayrı-seçkilik gördüyünü bildirib.
Universitetin inklüziv məsələlər üzrə vitse-prezidenti David Everett tələbələrə e-poçt göndərərək hadisəni “danılmaz məsuliyyətsizlik, hörmətsizlik və islamofobiya” adlandırıb. O, professorun işdən çıxarıldığını da bildirib.