Priqojinin Belarusda olduğu təsdiqləndi, təhlükəsizliyinə zəmanət verilib
27 iyun 2023 19:24 (UTC +04:00)

Priqojinin Belarusda olduğu təsdiqləndi, təhlükəsizliyinə zəmanət verilib

Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusa gəldiyini təsdiqləyib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lukaşenko Priqojinə təhlükəsizlik zəmanəti verildiyini söyləyib.

“Bəli, doğrudan da, o, bu gün Belarusdadır”, - deyə Lukaşenko vurğulayıb.

O, həmçinin bildirib ki, müdafiə naziri Viktor Xrenin "Vaqner"in Belarus ordusuna mane olmayacağını hesab edir. Lukaşenkonun sözlərinə görə, o, Xreninə muzdluların özü ilə bu məsələni müzakirə etməyi təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Oxşar yazılar