Ekvadorda prezidentliyinə namizəd olmuş Kristian Surita seçki məntəqəsinə dəbilqə və zirehli geyimdə gəlib.
Lent.az xəbər verir ki, bu barədə "Ecuavisa" telekanalı məlumat yayıb.
Siyasətçi bir neçə silahlı polisin müşayiəti ilə səsvermə məntəqəsini tərk edib.
Digər seçki məntəqələrində də namizədlər gücləndirilmiş təhlükəsizlik tədbirləri altında, lakin şəxsi qoruma olmadan səs veriblər.
Seçki şurasının məlumatına görə, seçki məntəqələri açıldıqdan sonra ilk üç saat ərzində seçicilərin 20%-i səs verib. Qurumun X (keçmiş Twitter) səhifəsində "Bu günə qədər səsvermə günü yaxşı keçir" deyilir.
Öldürülən namizəd Fernando Villavisensiona görə nazmiədlər yüksək təhlükəsizlik tədbirləri altında səs veriblər.
Bazar günü Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Ən yüksək dövlət postu uğrunda səkkiz namizəd mübarizə aparır. Səsvermə avqustun 9-da Kitoda seçki mitinqinə qatıldıqdan sonra güllələnən Villavicencionun öldürülməsindən sonra tətbiq edilən fövqəladə vəziyyət şəraitində keçirilir.