Polislər kriptovalyutaya görə  intihar etdilər
13 oktyabr 2022 15:46 (UTC +04:00)

Polislər kriptovalyutaya görə intihar etdilər

Baş Polis İdarəsi son günlər artan polis intiharları barədə açıqlama yayıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, verilən açıqlamada polislərin ən çox kriptovalyuta və qumar oyunlarına görə özlərini öldürdükləri qeyd olunub.

Məlumata görə, Türkiyədə 2016-cı ildə 63, 2017-də 58, 2018-də 41, 2019-da 47, 2020-də 39, 2021-də 89, bu ilin 9 ayında isə 44 polis həyatına qəsd edib.

İdarənin açıqlamasında 39 intiharın səbəbi iqtisadi məsələlərlə əlaqələndirilib. İkinci yerdə isə ailə məsələləri qeyd olunub.

Lətif İsmayılov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar