Rusiyanın Verxniy Ustyuq şəhər polis idarəsində rəzalət baş verib.
Lent.az-ın məlumatına görə, xuliqanlığa görə idarəyə gətirilmiş yerli sakinə işgəncə verdikdən sonra ona öz telefonunu yedirdiblər.
Məsələdən xəbər tutan insan hüquq müdafiəçiləri FTB-yə müraciət ediblər. Nəticədə şöbədə yoxlama başlanılıb və dustağa işgəncə verən polislər saxlanılıblar.
Polislərin günahları sübut ediləcəyi təqdirdə onları 12 ilə qədər iş gözləyir.