Fransada gənc qadının başına maraqlı iş gəlib.
Lent.az xəbər verir ki, qadın etibarnamə üçün polis idarəsinə gəldikdən sonra başına maraqlı halla rastlaşıb. O, idarədə işini həll edib çıxdıqdan 10 dəqiqə sonra bölmənin zabiti sosial şəbəkədə ona kompliment deyib, daha yaxından tanışlıq təklif edib.
Qadın isə məsələni ictimailəşdirib və dövlət qurumlarına şikayət edib. Mesaj yazan polis barədfə təhqiqat başlanılıb. Polis mesajda kifayət qədər etik davransa da, vətəndaşın məlumatlarından şəxsi məqsədlə istifadəyə görə cavab verməli olacaq.