Belçikanın Genk şəhərində restoranda yeyib-içən şəxs yəqin bir daha restorana getməyəcək.
Lent.az-ın lesoir.be saytına istinadla xəbərinə görə, elit restorana gələn orta yaşlı kişi 3 saat ərzində 2 növ xörək və 12 qədəh pivə sifariş edib. Ödəniş vaxtı gəlfikdə isə... kartlarını evdə unutduğunu bildirib.
Restoran sahibi polisə zəng edib və müştəri idarəyə aparılıb. Məlum olub ki, bu, onun 225-ci oxşar fırıldağıdır. Bu dəfə isə işə məhkəmə baxacaq.