Polis ermənilərin film nümayişinə mane oldu
28 yanvar 2022 22:31 (UTC +04:00)

Polis ermənilərin film nümayişinə mane oldu

0

Rusiya Erməniləri İttifaqının (SAR) elan etdiyi Moskvada Sovet Ordusu küçəsində erməni nasist Njde haqqında filmin nümayiş olunduğu yerə polis gəlib və nümayişin təşkilini dayandırıb.

Lent.az-ın xəbərinə görə, bu barədə REGNUM-a səlahiyyətli mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, polis əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmin nümayişinə toplaşanları kənarlaşdırıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1289

Oxşar yazılar