Polis əməkdaşı Konqresin qarşısında ÖLÜMCÜL BIÇAQLANDI
03 aprel 2021 00:17 (UTC +04:00)

Polis əməkdaşı Konqresin qarşısında ÖLÜMCÜL BIÇAQLANDI

ABŞ Konqresinin qarşısında naməlum şəxs şəxsi avtomobili ilə qəza törədib.

APA Reuters-ə istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan sürücü ona yaxınlaşan iki polis əməkdaşına bıçaqla hücum edərək onlara xəsarət yetirib.

Kapitoliy Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Yoqananda Pittman bildirib ki, yaralanan polis əməkdaşı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, naməlum sürücü polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar