Avqustun 28-i səhər saatlarında 6 planetin paradı olacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Merkuri, Mars, Yupiter, Uran, Neptun və Saturn və Ay düz xətt boyunca Günəşin bir tərəfində düzüləcək.
“Avqustun 28-də Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay səhər saatlarında səmada Günəşin bir tərəfində təxminən 160 dərəcəlik sektorda yerləşəcək”, - məlumatda bildirilib.
Planetlərin bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.