Peterburqda dəhşətli qətl:  Azərbaycanlı öz evində dostunu və arvadını doğradı
28 iyul 2021 11:05 (UTC +04:00)

Peterburqda dəhşətli qətl: Azərbaycanlı öz evində dostunu və arvadını doğradı

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı dəhşətli qətl törədib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Nauka küçəsi, 69 ünvanında baş verib.

Həmin binadan yaşayan azərbaycanlı mübahisə zəminində arvadnı və  onlarda qonaq olan dostuna çoxsaylı bıçaq zərbəsi vurub. 
Məlumata görə, dostu yerindəcə keçinib. Qadın isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Qonşuların nevnov.ru-ya bildirdiyinə görə, onların mənzilində tez-tez dava düşürmüş. Ev sahibi dəfələrlə həyat yoldaşını döyübmüş.

Hazırda ailənin hadisənin şahidi olmuş 13 yaşlı oğluyla psixoloqlar iş aparırlar.

# 4107
avatar

Səbuhi Sədəf

Oxşar yazılar