Futbol üzrə üçqat dünya çempionu Pelenin vəfatından sonra Braziliyada üç günlük matəm elan edilib.
Lent.az-ın məlumatına görə, sənəd “Diário Oficial da União” hökumət qəzetində dərc olunub.
Sənədə görə, “Keçmiş futbolçu Pele Edson Arantes do Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən etibarən üç günlük rəsmi ümummilli matəm elan edilir”.