Patriarx Kirill  “KQB” agenti   olub - İDDİA
09 fevral 2023 00:03 (UTC +04:00)

Patriarx Kirill “KQB” agenti olub - İDDİA

İsveçrənin "Sonntagszeitung" qəzeti İsveçrə federal polisinin məxfilikdən çıxarılan sənədlərinə, müsahibələrə və nəşrlərə istinadən yazır ki, Patriarx Kirill (Vladimir Qundyaev) 1970-ci illərdə Cenevrədə Ümumdünya Kilsələr Şurasında işləyərkən guya “Mixaylov” təxəllüsü ilə “KQB” agenti olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, jurnalistlər iddia edirlər ki, o, Şura üzvləri haqqında məlumat toplamalı və onların SSRİ-yə münasibətinə təsir etməli idi.
Rus Pravoslav Kilsəsi qəzetin məqaləsinə cavab verib. Moskva patriarxlığının cəmiyyət və media ilə kilsə əlaqələri üzrə sinodal şöbəsinin sədr müavini Vaxtanq Kipşidze materialı “siyasi motivli spekulyasiya” adlandırıb.

“Təəssüf ki, bu məqsəd son vaxtlar müasir Qərb mediasında üstünlük təşkil edir. Üstəlik, hər bir fərziyyədən sonra məqalə müəllifi utanaraq əlavə edir ki, bu yalanı təsdiqləmək mümkün deyil”, - Kipşidze vurğulayıb.

Qəribədir ki, İsveçrə nəşrinin iddia edilən “Patriarxın KQB ilə əlaqələri” ilə bağlı həmsöhbətinin özü də bu strukturla ən birbaşa əlaqəsi olan şəxs olub”, - Kipşidze yekunlaşdırıb.

Əlavə edək ki, 1971-ci ildə Vladimir Qundyaev arximandrit rütbəsinə yüksəlib və Cenevrədəki Ümumdünya Kilsələr Şurasında Moskva patriarxlığının nümayəndəsi təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12