Paşinyanın istefası xəbərilə bağlı rəsmi məlumat açıqlandı
14 dekabr 2020 01:36 (UTC +04:00)

Paşinyanın istefası xəbərilə bağlı rəsmi məlumat açıqlandı

0

Ermənistan Baş nazirinin mətbuat katibi Mane Qevorqyan Nikol Paşinyan istefası ilə bağlı məlumatlara münasibət bildirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Qevorqyan Paşinyanın istefası ilə bağlı yayılan məlumatları qeyri-ciddi olduğunu bildirib.

“Telegram kanallarından baş nazir Nikol Paşinyanın istefası ilə bağlı məlumatlar dezinformasiyadır”, mətbuat katibi əlavə edib. 

Qeyd edək ki, bu gün bir sıra “Telegram” kanalları Paşinyanın axşam saatlarında istefa verməsi barədə məlumat yaymışdı.

Yeri gəlmişkən bildirək ki, Yerevanda müxalif qüvvələr Paşinyanın istefa tələbilə mitinqləri davam etdirməkdədir. Etirazçılar Paşinyanın istefası ilə yanaşı, Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi tələb edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2293

Oxşar yazılar