İyundan bəri Pakistanda musson yağışları mövsümü 800-dən çox adamın ölümünə səbəb olub.
Lent.az-ın xəbərinə görə, bu barədə Pakistanın İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, sentyabradək davam edən musson yağışları kənd təsərrüfatı üçün zəruri olsa da, bəzən ciddi fəlakətlə nəticələnir. Bu mövsümdə 125 000 ev tamamilə dağılıb, 300 minədək tikiliyə ziyan dəyib. Sind və Bəlucistan əyalətlərində 700 000 baş heyvan tələf olub, 80 000 hektar əkin və 3 000 km yol sıradan çıxıb. Sözügedən ərazilərə iyulda aylıq normadan 5 dəfə çox yağıntı düşüb.