Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh Konstitusiyaya əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı adlandırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə siyasətçi "Twitter" səhifəsində yazıb.
Saleh həmçinin Əfqanıstan xalqını radikal “Taliban” yaraqlılarına qarşı müqavimətə qoşulmağa çağırıb.
O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam olmadığını, “Taliban”ın isə vyetnamlı partizanlar kimi olmadığını sübut etməlidir.
Saleh, respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse -prezidentin müvəqqəti olaraq vəzifəsini tutacağını və ölkəyə rəhbərlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.
“ABŞ və NATO-dan fərqli olaraq ruhumuzu itirməmişik və qarşıda böyük imkanlar görürük. Yararsız xəbərdarlıqlar bitdi “, - Salev vurğulayıb.
.