Somalinin paytaxtı Moqadişodakı oteldə törədilən terror aktında ölənlərin sayı 21 nəfərə çatıb.
Lent.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Polisdəki mənbələrin məlumatına görə, terror aktı zamanı çoxu uçaq və qadın olmaqla 106 nəfər xilas edilib. Terror aktına görə məsuliyyəti Əş-Şəbab” qruplaşması üzərinə götürüb.