“Omicron” oftalmoloji şəbəkəsi ÜST-ü məhkəməyə verir: "Virusun adını DƏYİŞİN!"
03 dekabr 2021 03:17 (UTC +04:00)

“Omicron” oftalmoloji şəbəkəsi ÜST-ü məhkəməyə verir: "Virusun adını DƏYİŞİN!"

“Omicron” oftalmoloji mərkəzlər şəbəkəsinin rəhbərliyi koronavirus infeksiyası kontekstində yeni ştama Omicron adının dəyişdirilməsi  çağırışı ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qarşı iddia qaldırıb. 

Lent.az xəbər verir ki, bu barədə şəbəkənin təsisçisi və baş direktoru Aleksandr Padar “Rossiya-24” telekanalının efirində bildirib.

“Omicron səhiyyə sahəsində qeydiyyatdan keçmiş ticarət nişanımız olduğu üçün ÜST-ə qarşı belə bir iddia qaldırdıq” deyə Padar vurğulayıb.

Onun sözlərinə görə, hüquqşünaslar məhkəmə prosesinin perspektivinə müsbət yanaşırlar: “Mövcud durum mənfəət əldə etməyimizə mənfi təsir göstərə bilər. Omikron ştamının dərcindən dörd gün keçdi və indiyə qədər elə də itkimiz olmayıb. Lakin bu ştam həqiqətən də ölümcül olarsa, geniş miqyas alarsa, o zaman təbii ki, maliyyə itkilərimiz qaçılmaz olacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar