ABŞ-da qadın ölü hesab edilərək morqa aparılsa da, bir müddət sonra qəfildən dirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Nebraska ştatında 74 yaşlı qadının yaşadığı qocalar evinin tibb bacıları onun nəfəs almadığını görüblər. Qadının vəziyyəti ağır kimi qiymətləndirilib.
İyunun 3-də səhər saatlarında onun həyati əlamətlərinin qeydə alınması dayanıb. Yaşlı sakinin meyiti morqa göndərilib.
Ancaq bir neçə saat sonra məmurlar qadının nəfəs aldığını görüblər. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.