Okeanlardakı plastik zibil onilliklər ərzində batmır
08 avqust 2023 01:55 (UTC +04:00)

Okeanlardakı plastik zibil onilliklər ərzində batmır

Avropalı alimlər müəyyən ediblər ki, hər il təxminən 500 min ton plastik tullantı okean sularına daxil olur.

Lent.az xəbər verir ki, bu barədə Niderlandın Utrext Universitetinin mətbuat xidməti məlumat yayıb

Qeyd olunub ki, bu, əvvəllər düşünüldüyündən xeyli azdır.

Lakin o, suyun səthində illərlə deyil, onilliklərlə daha uzun müddət qalır və bu tullantıların əksəriyyəti uzunluğu 2,5 sm-dən çox olan böyük plastik parçalarından ibarətdir.

"Hesablamalarımız göstərir ki, hər il okeana keçmişdə hesab ediləndən daha az plastik daxil olur, lakin eyni zamanda zibil hidrosferdə gözlənilmədən uzun müddət qalır. Bu o deməkdir ki, tullantıların məhdudlaşdırılması istiqamətində görülən tədbirlərin effekti gecikəcək. Okeanı ilkin formasına qaytarmaq daha çox vaxt aparacaq” deyə Utrext Universitetindən bildirilib.

2020-ci ilə qədər hesablamalar göstərdi ki, Dünya Okeanında təxminən 3,2 milyon ton plastik tullantı toplanıb, onların böyük hissəsi - təxminən 69-62%-i səthə yaxın yerdə üzür, digər üçdə bir hissəsi isə - 36-39%-i - dəniz sahilində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Oxşar yazılar