Norveç polisi ölkə ərazisində qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin ekipajının öldüyünü təsdiqləyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, təyyarənin göyərtəsində 4 nəfər olub.
Onların hamısı ABŞ vətəndaşlarıdır.
V-22 Osprey hərbi təyyarəsi NATO-nun Norveçdə "Cold Response” təlimi zamanı qəzaya uğrayıb. Plana görə, təyyarə Bakı vaxtı ilə saat 22 radələrində eniş etməli idi.
Təxminən 3 saat sonra xilasetmə qrupu Nurlann quberniyasının Bude şəhərinin cənubunda qəza yerini tapıb.