Benyamin Netanyahu rəsmi olaraq altıncı müddətə İsrailin baş naziri olub və yeni baş nazir kimi and içib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin 37-ci hökuməti işə başlayıb.
Netanyahu Knessetdəki çıxışı zamanı onun koalisiyasının ölkəyə siyasi sabitlik gətirəcəyinə söz verib. Onun sözləri 2019-cu ildən bəri ölkədə keçirilən və yalnız indi hökumətin formalaşmasına səbəb olan ardıcıl beş seçkidən sonra səslənib.
Ümumilikdə o, 1996-1999 və 2009-2021-ci illərdə 15 il hökumət başçısı vəzifəsində çalışıb. Eyni zamanda, Netanyahu üç dəfə hökumətdə çoxluğa rəhbərlik edib, daha üç dəfə isə çoxluq təşkil etmədən postunu tutub.
2021-ci ildən 2022-ci ilə qədər Naftali Bennett, ondan sonra isə Yair Lapid baş nazir olub. Netanyahu, Bennett və Lapid heç biri hökumət çoxluğunu qazana bilməyənə qədər son illərdə rotasiya əsasında vəzifə tutublar.