Nepal-Çin sərhədi yaxınlığında baş vermiş daşqın və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 270 nəfərə çatıb.
BBC-nin xəbərinə görə, yaşayış evləri dağılıb, yollar və körpülər su altında qalıb.
Ümumilikdə, 800 nəfərdən çox insan itkin düşüb. İtkin düşənlərin arasında 178 hindistanlı, 65 amerikalı, 35 avstraliyalı və 33 britaniyalı turistin olduğu bildirilib.
***
saat 10:00
Nepalda daşqınlar nəticəsində 570-dən çox insan itkin düşüb.
“Reuters“in xəbərinə görə, onların arasında 400-dən çoxu xarici vətəndaşdır.