Nazarbayev  dövlət mühafizəsindən   məhrum edildi
25 iyul 2023 16:03 (UTC +04:00)

Nazarbayev dövlət mühafizəsindən məhrum edildi

Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti bundan sonra respublikanın keçmiş prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməyəcək. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, belə bir sərəncamı Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev imzalayıb, bu barədə dövlət başçısının saytında dərc olunub.

Avqustun 4-dən qüvvəyə minəcək.

“İnterfaks”ın məlumatına görə, qərara səbəb 2023-cü ilin fevralında Nazarbayev və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən “Qazaxıstan Respublikasının ilk prezidenti – Elbası haqqında” konstitusiya qanununun ləğv edilməsi olub.

Qeyd olunur ki, Nazarbayevin toxunulmazlığı qorunub saxlanılıb, ona Konstitusiya ilə təminat verilib. “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanuna əsasən, o, lazımi xidmətləri olan mənzil və dövlət bağı, mühafizəçiləri, sürücüləri ilə şəxsi avtomobili, ölkə daxilində pulsuz səyahəti, tibbi xidmət və sanatoriya müalicəsi ilə təmin olunur.

Nazarbayev təxminən 30 il, 2019-cu ilin martına qədər Qazaxıstanın prezidenti olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2300

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23