NATO Rusiya ilə  niyə müharibə etmir?   – SƏBƏBİ 
20 sentyabr 2022 19:45 (UTC +04:00)

NATO Rusiya ilə niyə müharibə etmir? – SƏBƏBİ 

NATO Rusiyaya qarşı mübarizədə Ukraynaya yardım göstərir, lakin bu, Alyansın Rusiya ilə müharibə vəziyyətində olması demək deyil. Müharibə o zaman başlayacaq ki, Rusiya NATO üzvü olan ölkələrdən birinə hücum etmək qərarına gəlsin. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

"Xeyr. NATO Rusiya ilə müharibə aparmır. Bunu çox açıq şəkildə ifadə etməliyəm. Əgər Rusiya bizim üzv dövlətlərdən birinə hücum etsəydi, bu, tamamilə aydın olardı. Rusiyaya mümkün qədər aydın şəkildə başa salmağa çalışırıq ki, biz müttəfiqimizin ərazisinin hər qarışını müdafiə edəcəyik. O zaman Rusiya ilə NATO arasında münaqişə yaranacaq. Lakin o ana qədər NATO Rusiya ilə müharibə aparmayacaq”, - o bildirib.

Rob Bauer

Hərbçi vurğulayıb ki, Ukraynanın suveren dövlət olaraq qalması çox vacibdir. Onun sözlərinə görə, müharibənin necə bitəcəyinə yalnız Ukrayna qərar verə bilər.

"NATO öz hərəkətləri ilə Ukraynanı və Ukraynanın ona hücum edən ölkəyə qarşı özünü müdafiə etmək üçün ayrılmaz hüququnu dəstəkləyir. Bu, BMT Nizamnaməsində yazılıb. Ona görə də NATO üzvləri və 20-dən çox ölkənin Ukraynanı dəstəkləməsi qanunidir. Onlar Ukraynanı bacardıqları hər şəkildə dəstəkləyirlər”, - general vurğulayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027
avatar

Oxşar yazılar