NASA-dan xəbərdarlıq:  Üç "potensial təhlükəli" asteroid yaxınlaşır
23 dekabr 2020 04:38 (UTC +04:00)

NASA-dan xəbərdarlıq: Üç "potensial təhlükəli" asteroid yaxınlaşır

“Potensial təhlükəli” olaraq təsnif edilən üç asteroid planetimizə doğru yaxınlaşır.

APA xəbər verir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin Araşdırılması Mərkəzi məlumat yayıb.

Hesablamalara görə, kosmik daşlar 25 dekabrda təhlükəsiz şəkildə Yerin yaxınlığından keçəcəklər. Onlardan ən böyüyü təxminən üç milyon kilometr məsafədə planetimizə yaxınlaşacaq, onun təxmini diametri 200 metrdir. 501647 (2014 SD224) adı verilən asteroid sonuncu dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşmışdı. Növbəti dəfə o, 2021-ci ilin dekabrında Yerin yaxınlığından keçəcək.

NASA 0,05 astronomik vahid daxilində və diametri 460 futdan (təxminən 140 metr) çox olan bütün kosmik cisimləri “potensial təhlükəli” qrupuna aid edir.

# 1389
avatar

Oxşar yazılar