"Narkotik kraliçası" saxlanıldı
28 noyabr 2022 10:39 (UTC +04:00)

"Narkotik kraliçası" saxlanıldı

Polis "narkotik kraliçası"nı həbs edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, polis Vyetnamda "narkotik kraliçası" ləqəbli 65 yaşlı cinayətkarı tutub.

Əvvəlcə onun yeddi şəriki saxlanılıb və 39 bağlama heroin, 30 kiloqram metamfetamin və 100 min ekstazi həb götürülüb. Lakin yaşlı cinayətkarın özü qaçıb gizli şəkildə Kambocaya köçməyi bacarıb. 

Keçirilən əməliyyatlar zamanı 29 nəfər saxlanılıb və 131 kiloqram narkotik vasitə ələ keçirilib. 

# 2544
avatar

Arzu Qurbanlı

Oxşar yazılar