Qvatemala HHQ börtunda 600 kq kokain olan təyyarəni ələ keçirib.
Lent.az xəbər verir ki, bu barədə Qvatemala ordusu məlumat yayıb.
Təyyarənin tutulması üçün havaya 2 hərbi təyyarə qaldırılıb. İzlənən təyyarənin pilotu marşrutdan çıxdığı üçün atəş açılaraq xəbərdarlıq edilib. Braziliya ilə sərhəddəki kəndə endirilən təyyarədən 600 kq kokain aşkar edilib. Təyyarənin göyərtəsində olanlar qaça bilib.