ABŞ-da bir qadın polisə dəhşət yaşadıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Oklohama ştatının Qradi Counti şəhərində baş verib.
Burada kirayədə yaşayan 36 yaşlı Rachel Zion Klay evin arxasında sürünərək it kimi hürməyə başlayıb. Bunu görən ev sahibi Dale Moses isə polisə məlumat verib. Hadisə yerinə gələn polislər müəmmalı hərəkətlər edən qadını zorla maşına mindirə biliblər. Lakin dəhşət bundan sonra başlayıb.
Rachel Zion Klay sağ əlini qandaldan xilas edə bilib. Daha sonra polis maşınındakı tüfəngi götürərək ətrafa 15 dəfə atəş açıb. Nəticədə polislərdən biri yaralanaraq, xəstəxanaya yerləşdirilib. Məhkəmədə qadına 1 milyon təzminat davası açılıb. Qərara görə o, yalnız bu məbləği ödəyəcəyi halda sərbəst buraxıla bilər.
Məhkəmə-tibbi ekspertizası zamanı qadının narkotik maddənin təsiri altında olduğu üzə çıxıb.