Luvr muzeyində baş vermiş insident dünya mətbuatının diqqətindədir.
Lent.az “Le Parisen” nəşrinə istinadla xəbər verir ki, ziyarətçi qadın zallardan birində 5 aylıq körpəsini əmizdirərkən mühafizə xidməti buna icazə verilmədiyini deyib. Onlar qadına uşağını salonda deyil, tualetdə əmizdirməyi məsləhət görərək bildiriblər ki, ziyarətçilər onun hərəkətini pis qarşılayır.
Qadın və əri bundan sonra binadan çıxıb və ertəsi günü muzeyin rəhbərliyinə müraciət edib. Muzey rəhbərliyi bildirib ki, müəssisədə uşaq əmnizdirməklə bağlı heç bir qadağa yoxdur. Sadəcə olaraq mühafizə xidməti təlimatı düz başa düşməyib.