Hana Horka
20 yanvar 2022 01:19 (UTC +04:00)

Hana Horka

Müğənni özünü bilərəkdən koronavirusa yoluxdurub öldü

Çexiyanın məşhur “Asonance” folklor qrupunun solisti, müğənni Hana Horka peyvənd olunmayanlara qarşı tətbiq edilən məhdudiyyətlərdən yaxa qurtarmaq üçün özünü qəsdən koronavirusa yoluxdurub və ölüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğəninin ölməsi ilə bağlı onun oğlu Yan Rek məlumat yayıb.

Rekin sözlərinə görə, o və atası peyvənd olunsa da, COVID-19-a yoluxublar. Oğlu Horkanın da onlardan yoluxduğunu bildirib: “O, bir həftə təcrid olunmalı idi, çünki testin cavabı müsbət olmuşdu. Amma o, hər zaman bizimlə idi”. 

Ölümündən bir neçə gün əvvəl Horka sosial şəbəkələrdə sağaldığını, öldüyü gün isə səhhətinin yaxşılaşdığını yazıb. Daha sonra müğənninin kürəyi ağrıyıb. Qadın uzanmağa qərar verib və on dəqiqə sonra boğularaq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Oxşar yazılar