Müğənni Soso Pavliaşvili kriminal avtoritetlər qarşısında çıxışından danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, müğənni həmin ifalarını belə təsvir edib:
“Həyatımda kriminal aləmdən olan insanlarla hüquq-mühafizə orqanlarının nümayəndələrinin yanaşı oturduğu konsertlər olub. Kimin yaxşı, kimin pis olduğunu anlamaq asan deyil”.
Pavliaşvili qeyd edib ki, o, “forma geyinmiş canavarların” qarşısında da çıxış edib. Onun sözlərinə görə, tamaşaçıları bölməyib, hamı üçün oxuyub.