ABŞ-da bir şirkətin müdiri səxavət göstərərək, işçilərinə 50 min lotereya bileti alıb.
Lent.az xəbər verir ki, “Raising Canes” restoranlar şəbəkəsinin qurucusu Todd Qreyvs işçilərinə bir jest edərək, 50 min ədəd “Mega Millions” lotereya bileti alıb. O, biletləri şirkətin bütün işçiləri arasında bölüşdürüləcəyini bildirib.
Todd Qreyvs, ABŞ-da Covid-19 pandemiyasından zərər çəkən işçilərinə bu yolla maddi dəstək vermək istəyir.