Moskvada ana və uşağı pəncərədən atan kişi saxlanıldı -YENİLƏNİB
25 avqust 2024 12:26 (UTC +04:00)

Moskvada ana və uşağı pəncərədən atan kişi saxlanıldı -YENİLƏNİB

Moskvanın cənub-şərqində xüsusi təyinatlılar arvadını və azyaşlı uşağını 16-cı mərtəbədən pəncərədən atan Aleksandr Lipatovu saxlayıblar.

Lent.az xəbər verir ki, bu barədə RİA Novosti-yə mənbə bildirib.

 

 

***

11:56

 

Rusiyada kişi qadın və uşağı evin pəncərəsindən atıb, hər ikisi ölüb.

Lent.az xəbər verir ki,  TASS-a Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, meyitlərin tapılması ilə bağlı cinayət işi açılıb.

“Moskvanın cənub-şərqində baş verən insidentlə bağlı cinayət işi açılıb. İstintaqın məlumatına görə, avqustun 25-də Moskvanın Krasnokazarmennaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında hündürlükdən yıxılmağa xas xəsarətlər olan qadın və uşaq meyitləri aşkar edilib. Hazırda paytaxtın İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları bildirib ki, qadını və azyaşlı uşağı mənzilin pəncərəsindən atdığı iddia edilən şəxs əşyaları yerə atmaqda davam edir. “Fövqəladə vəziyyətin baş verdiyi mənzilə hələ də daxil olmaq mümkün olmayıb”, - deyə agentliyin həmsöhbəti bildirib. Ehtimal olunur ki, kişi qeyri-adekvat vəziyyətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar