Moskvada 2 əsrin ən güclü LEYSANI
26 iyul 2023 22:51 (UTC +04:00)

Moskvada 2 əsrin ən güclü LEYSANI

İyulun 26-da Moskvada 19-cu əsrin sonundan bəri ən güclü leysan qeydə alınıb.

Lent.az-ın məlumatına görə, bu barədə paytaxtın kommunal xidmətlər kompleksinin Telegram kanalında məlumat verilib.

“Meteoroloqların fikrincə, 19-cu əsrin sonlarından bəri ən güclü leysan bu gün paytaxtda yağıb. Bir neçə saat ərzində 46 millimetrə qədər yağıntı düşüb”, - məlumatda deyilir.

Əvvəlki rekord 1894-cü il iyulun 26-da qeydə alınıb. Həmin gün 42,5 millimetr yağış yağıb.

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə güclü yağışlar davam edəcək.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2853
avatar

Oxşar yazılar