İran rejimi Azərbaycanın güneyində 2 milli fəalı həbs və pul cəzasına məhkum edib.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu iki vətəndaş Marağa və Sulduzda yaşayan milli fəallar Muxtar ibrahimi və Seyid Musa Ziya Gərgərinidir.
Təbrizin Apelyasiya Məhkəməsi bu azərbaycanlı milli fəallara qarşı çıxarılan ilkin hökmü pozaraq Muxtar İbrahimi 1 il həbs, Musa Ziya Gərgərini isə 6 milyon tümən pul cəzasına məhkum edib.