Ray Dalionun oğlu Devon
20 dekabr 2020 12:55 (UTC +04:00)

Ray Dalionun oğlu Devon

Milyarderin oğlu yol qəzasında yanaraq öldü

0

Bridgewater Associates-in qurucusu Ray Dalionun oğlu Devon ABŞ-dakı yol qəzasında ölüb.

APA bildirir ki, bu barədə Associated Press xəbər verir.

Məlumata görə, qəza Qrinviçdə baş verib. Avtomobil səkiyə çıxıb və daha sonra bir mağazaya çırpılaraq alov alıb. Polislər hadisə yerinə gələndə avtomobil tamamilə tüstüyə bürünübmüş.

Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır. İlkin məlumata görə, qəzada avtomobilin yanacaq çəni partlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6639

Oxşar yazılar