Rusiya Daxili İşlər Nazirliyi məşhur jurnalist barəsində axtarış elan edib.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, DİN Yevgeni Kselyovu axtarışa verib.
O, xarici agent reyestrinə salındığına görə axtarışdadır.
Qeyd edək ki, Yevgeni Kselyov 1956-cı ildə Moskvada anadan olub. Uzun müddət Rusiyanın məşhur “NTV” kanalında baş direktor vəzifəsində çalışıb. Bir zamanların məşhur “Vestı” verilişinin aparıcısı olub. “Xalqın səsi”, “Günün qəhrəmanı” kimi tok şoulara aparıcılıq edib. 2005-ci ildə müxalifyönlü “Exo Moskva”ya keçib. Bundan başqa, bir neçə qəzetlə əməkdaşlıq edib.